Seriallar

“Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz - FOTO

12 İyun 2019 11:46
2 Şərh     Baxış: 3 603

ATV-də yayımlandığı gündən etibarən Türkiyədə böyük bir izləyici auditoriyası toplayan "Hercai" serialının baş rol qəhrəmanı Akın Akınözü haqqında yeni faktlar üzə çıxıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu məlum olub.

Miran obrazı ilə qəlblərə yol tapan yaraşıqlı aktyor 1990-cı ilə Ankarada dünyaya gəlib. "Hercai" serialı ilə ulduzu parlayan aktyor Türkiyə mətbuatına verdiyi müsahibəsində etiraf edib ki, anasının davamlı səyləri nəticəsində kino və serial sektoruna qatılmağa qərar verib. Əslində isə Akın Akınözü tamamilə fərqli bir peşə üzrə təhsil alıb.

Məşhurun sözlərinə görə, aktyor olmağı heç vaxt arzulamayıb. Amerikada riyaziyyat məzunu olan A.Akınözü anasının təşviqi ilə peşəsini dəyişib. Akın Akınözünün anası onun konservatoriyaya daxil olmasını istəyib, amma oğlu riyaziyyatı seçib. Riyaziyyat üzrə magistr dərəcəsini bitirən Akınözü anasının təkidlərindən sonra kino sahəsinə atılmağa qərar verib.

Akınözü ilk dəfə "Möhtəşəm 100 il Kösem" serialında İvan xarakterini canlandırıb. Daha sonra "Arkadaşlar iyidir" və "Payitaht Abdulhəmid" seriallarında rol alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    VUS · 12 İyun 15:1531

    Hercai dizisində, bu oğlanın tərəfmüqabili olan Ebru Şahin ermənidir, bilirdiz?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.