Seriallar

"Diriliş Osman" adlı serial gəlir - Burakla Engin...

30 May 2019 15:44
0 Şərh     Baxış: 1 993

TRT 1-nin ən reytinqli serialı olan "Diriliş Ertuğrul"un mövsüm finalı yayımlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ekran işi yeni sezondan "Diriliş Osman" adı ilə tamaşaçı qarşısına çıxacaq.

Ekran işində Osman Qazinin həqiqi həyatından bəhs ediləcək, obrazı Burak Özçivit canlandıracaq. Layihənin baş prodüseri Mehmet Bozdağ açıqlama verərək B. Özçivitlə müqavilə bağlandığını təsdiqləyib. O, Burakla da layihənin reytinqlərdə uğur qazanacağına inandığını söyləyib.

Bundan əlavə, sentyabrda yayımlanan yeni bölümdə Ertuğrulu canlandıran Engin Altan Düzyatanla Burak Özçivit eyni kamera qarşısına keçməyəcək. Ertuğrulun yaşlı olan dövrünə tamam başqa bir aktyor həyat verəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.