Seriallar

İTV-nin serialları bitdi

23 May 2019 17:09
0 Şərh     Baxış: 1 738
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV-də yayımlanan "Solğun çiçəklər" serialı ekran həyatını sonlandırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlının pyesi əsasında çəkilən serial 8 bölüm müəyyənləşdirilmişdi. Ekran işində baş rolları Aynişan Quliyeva, Xalq artisti Nigar Güləhmədova və Həsənağa Məmmədov canlandırırdı.

"Dağıntılar altında" serialının isə final, yəni 91-ci bölümünün çəkilişləri başa çatıb. Hazırda 74 bölümü arxada qoyan ekran işi bir ay sonra bitəcək. Serialda Sevinc Əliyeva, Yasin Həzirə, Azər Aydəmir, Suğra Bağırzadə, Fərhad Səmimi, kimi aktyorlar rol alırlar.

Kanalda yay mövsümündə yeni serialların yayımlanması barədə isə məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.