Seriallar

Aybəniz Haşımovanın qızından təsirli ifa - VİDEO

2 May 2019 12:13
12 Şərh     Baxış: 7 438

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva səsi ilə ürəkləri dağlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Aynişan Quliyeva baş rolda çəkildiyi "Solğun çiçəklər" serialının növbəti buraxılışında Cəfər Cabbarlının "Ey dan ulduzu" adlı şeirinə bəstələnmiş mahnısını ifa edib.

Sevgilisi tərəfindən hamilə halda tərk edilən Sara obrazını canladıran aktrisanın ifası sosial şəbəkələrdə böyük diqqət toplayıb. Məşhurun yanıqlı səsi çoxunu təsirləndirib.

Aynişan sözügedən səhnə haqqında təəssüratlarını paylaşıb:

"Bu mahnını mənə cəmi 1 dəfə anam oxudu, öyrənməyə zamanım olmadı. Filmin quruluşcu rejissoru Xəyyam bəy dedi ki, Aynişan, mügənni kimi oxuma, Sara kimi oxu, onun fəryadını ver!"

Məlumat üçün bildirək ki, Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümü ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Mədəniyyət Nazirliyi ilə birgə ədibin "Solğun çiçəklər" pyesini ekranlaşdırır. Peşəkar heyət tərəfindən müasir dövrə adaptasiya edilərək hazırlanan və 8 bölümdən ibarət ekran işi həftədə bir dəfə İctimai Televiziyanın efirində filmsevərlərə təqdim olunur.

Serialın ssenari müəllifləri Xəyyam Abdullayev, Reyhan İsayeva, quruluşçu rejissorları Xəyyam Abdullayev, Elməddin Alıyev, quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Aydın Əsgərov, prodüseri Yalçın Verdiyev, baş prodüseri isə Balakişi Qasımovdur.

Rollarda Xalq artisti Elxan Qasımov, Nigar Güləhmədova, Həsənağa Məmmədov, Aynişan Quliyeva və başqaları yer alıb.

Milli.Az

loading...

Şərh yaz:

12 Şərh:

  • Anonim
    $$$Yeraz · 2 May 12:25134

    Bu qizin ne sesi varki nede urek daglaya

    Cavab yaz
    • Anonim
      teymur · 3 May 01:1603

      qadınlar nıye gozel qızları qısqanır? bu yazıq qızın gunahı gozel olmagımıdır? ;)

      Cavab yaz
  • Anonim
    Əsranur · 2 May 12:4686

    İfa yaxşı olsa da,arada Xattubadakı kimi içini nöş çəkdiyini bilən varsa,mənə bir az ondan danışsın.

    Cavab yaz
    • Anonim
      111 · 2 May 13:1871

      qeyd edilib axi, serialda rolda oxuyub bunu, rola gore aqlayaraq oxuyur

      Cavab yaz
      • Anonim
        Əsranur · 2 May 13:2963

        Həəəəəəə...Amma,axı ağlamağa oxşamadı..

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 2 May 13:351826

    1 Qram şirinlik yoxdu bu qizda ne de anasinda .Ne etseler üreyime yatmirlar.

    Cavab yaz
    • Anonim
      Niyə · 2 May 15:321610

      hec kimi bəyənmirsən ? özun kimsən ki ? Lap əla oxuyurlar . Aynəniz xanım super sənətkardır .Aynişan isə hələ səhnədə təzədir , qusuru varsa da duzələcək .

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 2 May 19:2326

        Men senin perestişkarunam da el cekmirrsen menden . El cekmediyin sevimli şirin gözel perestiskarun ...İndi nedi kimi beyenerem beyenmerem özüm bilerem seni yandiran nediii ki? bişməcə olmusan həəəəə suluğlamamış özüvə gəl kəndüvəəə gəllll .Onun qusuru yoxdu senin qüsurun var sene hele öyretmeyibler ki çömçə olmak pis haldiii axiri zibilxanadi .

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 2 May 20:4334

          İstediyin qeder, N,sonsuzluğ qeder Dislike ver amma neqativ yazma !

          Cavab yaz
  • Anonim
    Samire · 2 May 16:4854

    Bissimillah. Bu qiz ozunu niye bu hala salib? Tanimadim hec...

    Cavab yaz
  • Anonim
    teymur · 3 May 01:1322

    oldugca gozel qızdır

    Cavab yaz
    • Anonim
      yox bir · 6 May 21:4410

      urek daglayici bir sey gormedim, adi soz yigini kicik bir mahniciyez.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.