Seriallar

Məşhurlarımız “Hercai”də çəkilsəydi... - FOTOlar

23 Aprel 2019 14:24
39 Şərh     Baxış: 8 434

"Hercai" serialı başladığı gündən reytinqləri alt-üst etməkdə davam edir.

Türkiyənin Mardin bölgəsində cərəyan edən intiqam hekayəsindən bəhs olunan ekran işi hər həftə milyonlarla insanı ekranlara bağlayır. Ölkəmizdə də maraqla seyr edilən "Hercai"nin fanatları serialdan olan kadrları sosial media hesablarında paylaşır, müzakirə edirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, əgər "Hercai" Azərbaycanda çəkilsəydi, serialda bu məşhurlarımız oynaya bilərdi...

Son günlər imic dəyişikliyi etməklə "Hercai"nin Miranına bənzəyən və bundan əsəbiləşən müğənni Elçin Cəfərov bu obraz üçün ən alternativ variantdır.

Reyyanı axtarmağa isə demək olar ki, gərək yoxdur. Çünki qarşımızda Mehin Hümbətova var. Gülüşü və xarici görünüşü ilə Ebru Şahini asanlıqla Mehin əvəz edə bilər.

Uca boyu, saç və göz rəngi ilə Ruhi Əliyevanı serialda Gönül obrazı kimi görə bilərik.

Zəhm deyiləndə ağıla gələn Əməkdar artist Mehriban Xanlarova "Aslanbey konağı"nın xanımağası Azize Aslanbey obrazı ilə vəhdət təşkil edir.

Həyatdakı ata obrazı ilə heç də Hazar Şadoğludan geri qalmayan Zaur Baxşəliyev bu rol üçün ən uyğundur.

Yaren dedikdə, ağıla müğənni Günay İbrahimli gəlir. Aktrisanın səs tembrində olan xırıltılar bizə onu xatırladır. Günayın bir neçə ay öncə kəsdirdiyi qısa saçları hələ də qalsaydı, Yareni canlandıra bilərdi.

Cavid Gülü hər nə qədər üzügülər görsək də, onu Azatın yerinə qoyub, ağlatmaq olar.

Zehra Şadoğlu obrazının məsumiyyətini daşıya biləcək aktrisamız isə Əməkdar artist Gülzar Qurbanovadır.

Əgər "Hercai" Azərbaycanda çəkilsəydi, serialın ön planda olan, dikbaş və qorxmaz obrazı Sultan Aslanbeyi oynamaq Xalq artisti Mələkxanım Əyyubovanın haqqı olardı.

Təranə Qumralı Handan Şadoğlu ilə birləşdirən təkcə xarici görünüşü deyil, həm də həyat yoldaşlarının "zəhmli" olmalarıdır.

Xalq artisti Nurəddin Mehdixanlının həm görünüşü, həm də hökmlü duruşu aşirət ağası olmağa rəvac verir. Hər nə qədər xasiyyətinə bələd olmasaq da, həyatda Nasuh Ağa kimi qəddar olmadığını düşünürük.

Əvvəllər İzzət Bağırov deyəndə, "varatnikli" köynəklər yada düşsə də, biz bunu Cihan Şadoğlu obrazı ilə əvəz etmək istəyirik.

Sakitliyi, geyim tərzi ilə Azər Süleymanlı Miranın can yoldaşı, sirdaşı Fırat Demiralp olmağa real namizəddir.

"Şadoğlu konağı"nın xanımı olmaq istəyən Hanife Derbent obrazını Əməkdar artist Almas Ələsgərova canlandıra bilər. Ümid edirik ki, ssenarist Hanifeni xanımağa olmaq yolunda Ələsgərovanın "Space" TV-də yıxıldığı kimi yıxmaz.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

39 Şərh:

  • Anonim
    fx · 23 Aprel 14:28433

    dunya cekir bizimkiler de ancaq xeyalin qurur :)

    Cavab yaz
  • Anonim
    Nurlana · 23 Aprel 14:302511

    Sozdude deyir Elcin. Ne qederde esebleshsede,onun ureyinnendi Mirana benzetmekleri:).

    Cavab yaz
    • Anonim
      Esmer · 23 Aprel 14:5434

      Baxırsan Nurkam bu seriala?

      Cavab yaz
      • Anonim
        Nurlana · 23 Aprel 15:0412

        He yutubda baxiram tvde baxmamisham:)

        Cavab yaz
        • Anonim
          Esmer · 23 Aprel 15:0813

          İnan Seheri gözləyə bilmərəm)))yutubdan baxmaq ücün ))))

          Cavab yaz
          • Anonim
            Nurlana · 23 Aprel 15:1411

            :)))) hansi aktiyor xoshuva gelir orda? Men Miran:)

            Cavab yaz
            • Anonim
              Esmer · 23 Aprel 15:2010

              Miran)))) Hazar ))

            • Anonim
              Zəhra · 23 Aprel 18:5100

              Salam. Xanımlar. Nuruşum. Əsmərcan. Necəsiz ? Bizdə də baxırlar. Mən vaxt olanda. Miranla Reyyan xoşuma gəlir.

            • Anonim
              Nurlana · 23 Aprel 19:1500

              Salam Zekosh yaxciyam,sag ol,sen necesen?

            • Anonim
              Zəhra · 23 Aprel 22:4400

              Çox sağol Nuruş yaxşıyam. Çox yaxşı

  • Anonim
    mehri · 23 Aprel 14:31270

    Mehriban xanlarova zalım esebi rola qesey geder

    Cavab yaz
  • Anonim
    Nurlana · 23 Aprel 14:31156

    Cox gozel benzetmisiz obrazlari:)) Mehriban Xanlarovanin obrazi yerine dushdu lap:))

    Cavab yaz
  • Anonim
    akıll · 23 Aprel 14:3271

    Bezilerinin yeri sehv dusub

    Cavab yaz
  • Anonim
    aparıcı · 23 Aprel 14:35113

    ac toyuq yuxuda darı görər hardadı bizdə belə yüksək seriallar düzdü hamısının oxşarını tapmısınız amma ortaya çıxartmağa güc qüvvə necə deyərlər başaratınız yoxdur boynunuza alın Rasim balayev kimi 2ya4 nəfər sənətkarla istədiyinizi əldə edə bilmərsiniz rəhmətə gedən o əvəzsiz sənətkarların yeri tamamən bomboşdur

    Cavab yaz
    • Anonim
      f · 23 Aprel 16:4953

      neyi yuksekdi men hec baxmiram.adice serialdida.elebil hollywood filminden danisirsiz

      Cavab yaz
  • Anonim
    Resul · 23 Aprel 14:4176

    Elcin Cəfərov çox oxşayır Mirana

    Cavab yaz
  • Anonim
    Koreyalı yeniyetme · 23 Aprel 14:44166

    isimiz quratıb buna baxax**

    Cavab yaz
  • Anonim
    Esmer · 23 Aprel 14:52811

    Bilmirəm bəlkədə məni qınayacaqlar. Amma hec biri bir birini tamamlaya bilmir Amma Ruhi xanım Könül obrazındakınan gözəldı .Miranla Elcinin hec uyğunluqu yoxdu. Hələ Mehriban Xanıarovanı demirəm )))sadəcə bu seçimlərə güldüm )))) Nürəddin Mehdixanlı böyük sənətkar cox hörmət etdiyim bir Şəxsiyyətdir .Nürəddin bəy .hər ssenaridə gözəl oynayıb həttda deyərdim ki Nasuh ağadan qat .qat gözə oynayar. ....

    Cavab yaz
  • Anonim
    mehparə · 23 Aprel 14:53124

    Super bənzətmələrdir.

    Cavab yaz
  • Anonim
    n....... · 23 Aprel 14:5392

    lap əla oxşatmısız çox xoşuma gəldi əsasda təranə qumral

    Cavab yaz
  • Anonim
    n....... · 23 Aprel 14:5472

    əla oxşatmısız

    Cavab yaz
  • Anonim
    mon · 23 Aprel 14:56321

    Miran cox x yaraqwwıqlıdıı

    Cavab yaz
    • Anonim
      14 :56 ya · 23 Aprel 15:00143

      Bəli məndə onu deyirəm Şərhimi disleke edirlər. Miran həm yaraşıqlı həmdə karizmatikdi

      Cavab yaz
  • Anonim
    geay · 23 Aprel 14:5745

    heç biri bir birini tamamlamır

    Cavab yaz
  • Anonim
    k · 23 Aprel 14:5922

    besss gulhanim?

    Cavab yaz
  • Anonim
    goobin · 23 Aprel 15:0121

    əla oxşatmısız

    Cavab yaz
  • Anonim
    jjg · 23 Aprel 15:0570

    gulhanım hanı o da elza səycahana oxsayır))

    Cavab yaz
    • Anonim
      Nurlana · 23 Aprel 15:1120

      Seycahana?:)))))

      Cavab yaz
  • Anonim
    uhhi · 23 Aprel 15:0724

    qızdan zehlem Gedir

    Cavab yaz
  • Anonim
    asi · 23 Aprel 15:2032

    Bənzətmə də qəşəngdi, Təranə qumralda dırnaq içində yazdığınız " zəhmli" sözü də)).. Bəyəndim)..

    Cavab yaz
  • Anonim
    f · 23 Aprel 16:4872

    bekar qaliblare.elebil boyuk hollywood filmidi.adi birs turk serialidida.men hec baxmiram

    Cavab yaz
    • Anonim
      asi · 23 Aprel 18:0825

      Baxmırsansa, hardan bilirsən adi olduğun?? Bəlkə elə qeyri-adidir deyə millət hamısı danışır, baxır??))..

      Cavab yaz
  • Anonim
    Zəhra · 23 Aprel 18:4840

    Heç bir zərrə qədər də oxşamırlar. Bizimkilərin xətrinə dəyməsin. < Onlar kimi ola bilməzlər>

    Cavab yaz
    • Anonim
      Esmer · 23 Aprel 19:2200

      Salam Zəhra necəsən Gözel qız ?

      Cavab yaz
      • Anonim
        Zəhra · 23 Aprel 22:4300

        Çox sağol Əsmərcan. Yaxşıyam. Sən yaxşı ol. Niyə səhifəmizə yazmırsan?

        Cavab yaz
  • Anonim
    . · 23 Aprel 22:2420

    Gorunusu uygunlasdira bilersize ama hec biri onlar kimi rol canlandira bilmir))))))

    Cavab yaz
  • Anonim
    Fatima · 24 Aprel 00:1900

    men sultan hanımın yerınde dılare elıyevanı gorurem

    Cavab yaz
  • Anonim
    Fatima · 24 Aprel 00:1910

    ay elcın guya bılerekden etmemısenkı?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.