Seriallar

Maaş qalmaqalı yaşayan aktyor seriala qayıtdı

14 Aprel 2019 15:40
1 Şərh     Baxış: 1 631

İctimai Televiziyada (İTV) yayımlanan "Dağıntılar altında" serialında Şahmar obrazını yaradan aktyor Səmimi Fərhad yenidən layihəyə qayıdıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, maaşını vaxtında ala bilmədiyi üçün serialdan gedən aktyor kanal rəhbəri Balakişi Qasımovla görüşüb. Onlar müzakirələr apardıqdan sonra Səmimi Fərhad seriala qayıtmaq qərarına gəlib. Aktyor bu barədə sosial şəbəkədə yazıb:

"Görüşə "MediaMaster" şirkətinin rəhbəri Rüstəm Əliyev, rejissorumuz Tural Baxış və mən dəvət olunmuşduq. Görüş son dərəcə obyektiv və səmimi fikir mübadiləsi əsnasında keçdi. Mən ilk dəfə idi ki, modern rəhbər modeli gördüm. Qarşılıqlı müzakirəmizin nəticəsi olaraq, Rüstəm Əliyev bir daha ödənişdə gecikmə olmayacağına dair vəd etdi.

Mən də öz növbəmdə, hörmətli Balakişi Qasımovun təklifinin və məni Şahmar obrazında sevib, ekran başında gözləyən tamaşaçılarımın haqqını qaytarmaq üçün, seriala geri döndüm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kuku · 14 Aprel 16:1310

    Yonnu pulda vermirler.helem.gecikdirilerde

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.