Seriallar

Aras Bulut İynemli "Çukur"dan ayrılır

6 Fevral 2019 23:19
0 Şərh     Baxış: 3 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çukur" serialının baş rol ifaçısı Aras Bulut İynemli ödənişli əsgərlikdən yararlanaraq hərbi xidmətə yollanacaq.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə Türkiyə mətbuatında iddia səsləndirilib. İddiaya əsasən, məşhur aktyor yaxın günlərdə hərbi hissəsinə təslim ediləcək. Aktyor 21 gün "Çukur" serialına fasilə verəcək.

İddialara görə, serialda ssenariyə uyğun olaraq güllə yarası alan və səhnələrinin əksəriyyəti xəstəxanada lentə alınan Aras Bulut əsgərlikdə olduğu müddət ərzində əvvəlcədən çəkilmiş ehtiyat səhnələrlə serialda boy göstərəcək. O, 21 günlük hərbi xidməti başa vurduqdan sonra yenidən seriala qayıdacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.