Seriallar

"Avlu"nun aktrisaları qadın həbsxanasında olublar - VİDEO

4 Fevral 2019 23:52
0 Şərh     Baxış: 1 289

"Avlu" serialının aktrisaları Bakırköydəki qadın həbsxanasında olublar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Ədliyyə nazirliyinin icazəsi ilə serialın rejissoru Yüksəl Aksu ilə aktrisalar-Nursel Köse, Ceren Moray, Kenan Ece və digərləri əvvəlcə nazirliyin müşaviri və prokurorun iştirakı ilə keçirilən iclasda iştirak ediblər. İclasdan sonra isə aktyor heyəti məhkumlara kursların verildiyi yerləri gəziblər. Sonra isə tekstil atelyesində məhkum qadınlarla söhbət ediblər.

"Avlu"nun aktyorları məhkumlar üçün nəzərdə tutulmuş kitabxanada da olublar. Sonra isə açıq və bağlı görüş yerləri də incələnib. Səfər başa çatdıqdan  sonra həbsxana prokuroru və həbsxana rəisi tərəfindən aktyor və aktrisalara məhkumların əl işləri hədiyyə edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.