Seriallar

“Çukur”a transfer edilən Ahmet Şenkaya kimdir? - FOTO

23 Yanvar 2019 23:15
0 Şərh     Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc aktyor Ahmet Şenkaya "Çukur" serialına transfer edilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, serialın 49-cu seriyasına daxil olan aktyor Ferhat obrazını canlandırır. Onun oyunu tamaşaçılar tərəfindən bəyənilib.

Balkandan köçən miqrant bir ailənin böyük oğlu olan Ahmet 1993-cü ildə İzmirin Çamdibi rayonunda anadan olub. Orta məktəb illərində teatr ilə tanış olub. Müjdat Gezen sənət mərkəzində təhsil alıb. Beykent universitetində aktyorluq təhsili alıb. Peşəkar karyerasına reklam çarxlarına çəkilməklə başlayıb.

İlk filmi "Posta Kutusu" olub. Sonra isə "Vatanım Sensin" filmində kamera qarşısına keçib. "Bir dilek tut" filmində isə müəllim obrazını canlandırıb. Sonuncu dəfə isə "Dijital esaret" filmində qonaq aktyor qismində dəvət edilmişdi. Hazırda "Çukur" serialında Ferhat obrazını canlandırır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.