Seriallar

Aktrisalar arasında “güpür” qalmaqalı - FOTO

22 Yanvar 2019 11:32
0 Şərh     Baxış: 2 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Avlu" serialının aktrisası Ceren Morayın yeni ekran həyatına başlamağa hazırlaşan "Vuslat"ın afişasını güpürə bənzətməsi qalmaqala səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Bu nədir belə? Kombinin üstünə sərilmiş güpür parça kimi serial" deyə, paylaşım edib.

Ekran işinin baş rol oyunçusu Devrim Özkan isə Morayı cavabsız qoymayıb:

"Güpürün harada durmağı yox, hansı əməklərlə ortaya çıxması önəmlidir. Əməyin qarşılığında hörmət lazımdır".

Aktrisalar arasındakı söz davası bununla da yekunlaşmayıb. Ceren Moray yenidən paylaşım edərək "Güpür pis bir şey deyil. 100-dən artıq adamın gecə-gündüz əmək verdiyi işlərinin qarşılığını alması üçün gözəl afişalar, tanıtımlar yaxşı şeylərdir. Bir də zarafat, yumor, bir az başınızı çölə çıxarıb gülmək filan, bunlar da gözəl şeylərdir. Yoxsa səhv anlaşılmasın. Güpürü sevirik, bizim canımız güpürümüz" sözlərini yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.