Seriallar

Şikayətə qarşı şikayət... - Aktrisa həmkarından 101 min istəyir - FOTO

3 Yanvar 2019 12:30
0 Şərh     Baxış: 2 150

Fox TV-də yayımlanan "Yasak Elma" serialının baş qəhrəmanı Şevval Sam ondan 100 min TL təzminat istəyən aktyor Talat Bulutu şikayət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa-müğənni eyni serialda rol aldığı Talatın ona böhtan atdığını qeyd edib.

Şevval həmkarının şikayətinə qarşılıq olaraq məhkəməyə müraciət edib. Aktrisa aktyora qarşı linç kampaniyası yaratmadığını qeyd edib. Aktrisanın vəkili isə qarşı tərəfdən 101 min lirə təzminat tələb etdiyini bildirib.

Qeyd edək ki, tərəflər arasında qalmaqal ötən ilin sentyabrından etibarən başlamışdı. Belə ki, 62 yaşlı Talatın 19 yaşlı Özlem Şimşek adlı işçini çəkiliş meydançasında qalstukunu düzəldərkən dodağından öpmək istədiyi iddia olunmuşdu. Bundan sonra baş qəhrəman Şevval Sam mətbuata açıqlamasında aktyorla eyni serialda rol aldığına təəssüfləndiyini qeyd etmişdi. Qarşı tərəf isə aktrisaya sərt sözlər demişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.