Seriallar

Gələn ildən reytinqli türk seriallarını izləmək pullu olacaq

24 Dekabr 2018 19:54
10 Şərh     Baxış: 4 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildən Türkiyə kanallarında yayımlanan reytinqli serialların izlənməsi pullu olacaq.

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, serialların vaxtının get-gedə artması və kanallardan ard-arda bir neçə serialın verilməsi kanal rəhbərlərini hərəkətə keçirib. İddialara görə, gələn ildən sözügedən seriallar bir-bir efirdən yığışdırılacaq və pullu platformalara transfer ediləcək.

Qeyd edilir ki, hər kanalda seçimə uyğun olaraq sadəcə bir serial nümayiş olunacaq.

Sözügedən qayda tətbiq olunarsa, tamaşaçılar pulsuz kanallarda gün ərzində yalnız bir serial izləyə biləcəklər. Digər serialları izləmək üçün isə pullu platformalara abunə olmaq lazım gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.