Seriallar

Məşhur serialda Azərbaycan musiqisi - VİDEO

21 Dekabr 2018 10:50
3 Şərh     Baxış: 4 609

Show TV-də yayımlanan məşhur "Çarpışma" serialında Azərbaycan musiqisindən istifadə olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinqli ekran işinin 5-ci bölümündə əfsanəvi müğənni Rəşid Behbudovun ilk ifaçısı olduğu, sözləri İslam Səfərli, musiqisi Andrey Babayevə məxsus "Nazəndə sevgilim" mahnısı səsləndirilib.

Serialın 37-ci dəqiqəsində Kadir (Kıvanç Tatlıtuğ) və Zeynepin (Elçin Sangu) uşaqlıq illəri xatırlanır və ifa təqdim olunur. Bundan sonra "Çarpışma"nın sonunda da sözügedən bəstə oxunmağa başlayır. Layihədə "Nazəndə sevgilim"i türkiyəli müğənni Dilek Türkan oxuyub.

Qeyd edək ki, həmin ifanı İrem Derici, Figen Genç, Öykü Gürman kimi türk məşhurlar da repertuarına daxil edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur serialda Azərbaycan musiqisi

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dopu · 21 Dekabr 2018 11:0422

    Yaxşi ki bir Çoban bu mahnini oxudu,türklər bizim bu mahnini tanidilar.......Arada sizdə bizim mahnilari dinləyin................

    Cavab yaz
  • Anonim
    asi · 21 Dekabr 2018 11:0942

    Sözlərini səhv oxuyublar..Türklər bizim mahnıları oxuya bilmir.. Öykü Gürman bir az yaxşı oxuya bilər..Bizdə isə, Behbudovdan sonra bu mahnını ən gözəl Pərvin ifa edib, yəni mənim fikrimcə). Sonra "Birlik üçün oxu" şuarı ilə oxuyanlar, bir az da Çinarə...

    Cavab yaz
    • Anonim
      kenan · 28 Dekabr 2018 01:1700

      size iyilik de yaramaz zaten. iyi okuyamiyormus!!! siz azeriler cok mükemmelsiniz zaten herseyiniz dört dörtlük!! ben hep derim zaten türk yapimlarinda azerbaycanla ilgili birsey olmasin diye. adamlar elinden geleni yapmis sizide düsünmüs ama yok size iyilik yaramaz!!

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.