Seriallar

"Ufak Tefek Cinayetler" finala çıxır

31 Oktyabr 2018 13:53
0 Şərh     Baxış: 2 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star TV"nin sevilən serialı "Ufak Tefek Cinayetler"in finala hazırlaşdığı məlum olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən gün yayımlanan bölümdə Arzu və Nilay obrazını canlandıran aktrisaların ekran işindən getdiyi bəlli olub.

Edibin öldürülməsi, cinayəti kimin törətdiyi ikinci mövsümün başladığı gündən maraqla izlənilən mövzu olub. Senarinin bu cür davam etməsi izləyiciləri də yorub və serial əvvəlki reytinqi verməyib. Elə buna görə də yaradıcı heyət ekran işinin finalını tezləşdirmək qərarına gəlib.

Arzunun serialdan getməsinə səbəb isə senarini bəyənməməsi və onun dəyişdirilməsini istəməsi olub. Rejisor isə buna əhəmiyyət verməyib və Arzunu canlandıran aktrisa Tülin Özən layihədən gedib.

Arzu və Nilayın getməsi isə finalın daha da tez baş tutacağından xəbər verib. "Ufak Tefek Cinayetler" dekabr və ya yanvarda sonuncu bölümü ilə tamaşaçı qarşısına çıxacaq.

Serialın yerinə isə çərşənbə axşamı eyni saatda Barış Arduçun rol alacağı yeni ekran işi yayımlanacaq. "Ay Yapım" istehsalı olan serialın rejisoru da elə "Ufak Tefek Cinayetler"in rejisoru Ali Bilgin olacaq. Ekran işinin senarisi Ece Yöreyə aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.