Seriallar

“Südü xarabdır…” - serialda çərkəzləri təhqir etdilər

13 Oktyabr 2018 12:34
1 Şərh     Baxış: 1 703

Kanal D-də yayımlanan "Bir Umut Yeter" adlı serialda çərkəzləri qıcıqlandıran səhnələrə yer verilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 6 oktyabr tarixində ekran işində "Bunun südü xarabdır. Tam bir çərkəz qızıdır" kimi ifadələr səsləndirilib.

Sözügedən bölümdən sonra Türkiyədə yaşayan çərkəzlər sosial şəbəkələrdə kanala və serialı ərsəyə gətirən şirkətə etiraz ediblər.

Kanal D isə mövzu ilə bağlı açıqlama yayaraq hər kəsdən üzr istəyib: "Serialın ikinci bölümündə çərkəz vətəndaşların etirazına səbəb olan nüanslar olub. Araşdırma zamanı həmin ifadələrin qəsdən deyilmədiyi məlum olub. Kanal D və MF Yapım ailəsi, ssenaristimiz Melis Civelek və bütün aktyorlarımız ayrıseçkilik etmirik. Biz bütün Türkiyəni sevirik. Həssas mövzu ilə bağlı hər kəsdən üzr istəyirik".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Hövsandan bir tat · 13 Oktyabr 12:4240

    Üzr istəyin, təcili üzr istəyin, siz şərəfli bir xalqa öz kirli, murdar dilinizi uzatmısınız!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.