Seriallar

“Mucize”nin aktrisasının toyu olacaq

1 Sentyabr 2018 23:26
0 Şərh     Baxış: 2 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Mucize" filmində rol alan aktrisa Seda Tosun sevgilisi Eymen Adalla nişanlanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ikilinin toy tarixi açıqlanıb. Belə ki, cütlük 4 sentyabrda ailə quracaq. Bu barədə Seda açıqlama verib:

"Bir layihəmiz var idi.  Amma son anda filmdə rol almaqdan imtina etdim. Bu səbəblə də toyu tezləşdirdik və 4 sentyabrda etməyə qərar verdik".

Aktrisa "Mucize 2" haqda da danışıb:

"Nə olduğunu mən də anlamadım. Rejissor məni filmə dəvət etmişdi. Lakin sonradan başqa aktrisa ilə razılaşdıqlarını dedilər. Hörmətlə yanaşıram. Çünki filmdəki bütün aktyorlar dəyişilib. Yenilərin hamısına hörmətim var. Amma izləyicilərin nə reaksiya verəcəyini bilmirəm. Çünki bu "Mucize 1"in davamı idi və eyni komanda olsa, daha yaxşı olardı. Gərək belə etmək əvəzinə yeni film çəkərdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.