Seriallar

Elçinin yeni serialının adı bəlli oldu - FOTO

6 İyul 2018 21:40
0 Şərh     Baxış: 2 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sonuncu dəfə aktyor Barış Arduçla baş rolda oynadığı "Kiralık Aşk" serialı ilə şöhrətinə şöhrət qatan aktrisa Elçin Sanqu yeni ekran işi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu dəfə "Atv"də yayımlanacaq "Can kırıkları" serialı ilə izləyicilərlə görüşəcək.

Serialın yayda çəkilişlərinin başlanacağı bildirilir.

Qeyd edək ki, karyerası boyunca Elçin "Öyle bir geçer zaman ki", "Aşk kaç beden giyer", "Bir aşk hikayesi", "Kurt Seyit ve Şura, "Sevdam Alabora" kimi ekran işlərində rol alıb.

Sanqu eyni zamanda son olaraq Barış Arduçla "Mutluluk zamanı" filmində baş rolları paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.