Seriallar

Reytinqli serialda 11 qadının öldüyü təyyarədən kadrlar - VİDEO

17 Mart 2018 16:48
0 Şərh     Baxış: 2 630
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 martda İranda qəzaya uğrayan türk təyyarəsi ilə bağlı yeni məlumat əldə olunub.

Milli.Az Haberler-ə istinadla xəbər verir ki, 11 nəfərin öldüyü  "Başaran Holdinq"in rəhbəri Hüseyn Başarana məxsus "Bombardier Challenger 600" təyyarəsindən "Çukur" serialının çəkilişləri zamanı istifadə edilib.

Qeyd edək ki, "Bombardier Challenger 600" təyyarəsi İranda qəzaya uğrayıb. BƏƏ-nin Şarja şəhərindən İstanbula qayıdan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin olub. Təyyarədə ölənlərdən biri iş adamının qızı Mine Başaran və onun 7 rəfiqəsidir. Onlar toy öncəsi subaylığa vida gecəsindən qayıdırlarmış. Mine Başaran təyyarəyə minməzdən əvvəl rəfiqələri ilə birlikdə selfi çəkib, sosial şəbəkədə yayıb. Qəza nəticəsində sağ qalan olmayıb.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

11 qadının öldüyü təyyarə reytinqli serialda

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.