Seriallar

“Amazon”dan serial üçün rekord xərc - YARIM MİLYARD DOLLAR

20 Mart 2018 21:15
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Üzüklərin hökmdarı" serialı "Amazon" şirkəti üçün ümumilikdə yarım milyard dollara başa gələcək.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, şirkət bu əsəri ekranlaşdırmaq hüququ əldə etmək üçün 250 milyon dollar ödəyib. İki mövsüm ərzində serialın çəkilişlərinə isə daha 250 milyon dollar sərf olunacaq.  

"Amazon"un "Üzüklərin hökmdarı"nı serial şəklində ekranlaşdırmaq niyyəti ötən ilin payızında məlum olub. Şirkət britaniyalı yazıçı Reuel Tolkinin əsəri əsasında serial hazırlayacağını açıqlayıb. "Amazon"un nümayəndəsi Şeron Tal İquado bildirib ki, "Üzüklərin hökmdarı" kitablar və filmlər vasitəsilə bütöv nəsillərin heyranlığını qazanan mədəni fenomendir.

Hələlik layihə barədə hər hansı informasiya verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.