Seriallar

"İstanbullu gəlin" böyük UĞURA İMZA ATDI - FOTO

16 Mart 2018 22:26
3 Şərh     Baxış: 5 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş rollarda Özcan Dəniz və Aslı Ənvərin çəkildiyi "İstanbullu gəlin" serialı dünyanın müxtəlif ölkələrində də böyük marağa səbəb olub.

Milli.Az xəbər verir ki, televiziya layihəsi Albaniya, Rumıniya, Xorvatiya, Bolqarıstan, Bosniya və Herseqovina, Yunanıstan, Gürcüstan, Qazaxıstan, Çernoqoriya, İsrail və Anqola ilə birlikdə ümumilikdə 15 ölkəyə satılıb. Azərbaycanda da geniş izləyici auditoriyası olan serial reytinqlərdə ilk yerdə qərarlaşıb.

Qeyd olunur ki, "İstanbullu gəlin" bu yaxınlarda Meksika, Kosta-Rika, Argentina, Çili, Peru, Uruqvay, Braziliya və Panama da yayımlanmağa başlanacaq.

Dünyanın bir çox ölkələrindən jurnalistlər serialın əsas qəhrəmanlarından müsahibə almaq üçün Türkiyəyə gəlir. Keçən həftə isə çəkiliş meydançasına Xorvatiya, Albaniya və Bosniya və Herseqovinadan qonaqlar gəlib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.