Seriallar

Təkcə Türkiyə deyil, bütün dünya bu serialdan danışır

19 Fevral 2018 23:01
8 Şərh     Baxış: 7 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ATV" kanalında yayımlanan "Sen anlat Karadeniz" serialı dünyada ən çox izlənən seriallar siyahısına daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, WIT (World Information Tracking) tərəfindən təqdim edilən siyahı "Twitter" sosial şəbəkəsində aparılan müzakirələrə əsasən hazırlanıb.

Məlumata görə, "Sen anlat Karadeniz" 45 min tvitlə onluqda 6-cı sırada bərqərar olub.

Adı çəkilən serial Türkiyədə də reytinqləri alt-üst edib. Belə ki, ekran işi ilk bölümündən sonra reytinq cədvəlinə uzun müddətdir liderlik edən "Diriliş Ertuğrul"u qabaqlayaraq birinci olub.

Qeyd edək ki, hər həftənin çərşənbə günü "ATV" kanalında yayımlanan serial ilk bölümü ilə böyük tamaşaçı kütləsi toplaya bilib. Reytinqləri alt-üst edən ekran işinin mövzusu 16 yaşında atası tərəfindən biznesmenə (Vedat) satılan qız (Nəfəs) və onu xilas edən Karadenizli bir oğlan (Tahir) haqqındadır.

Cəmi 4 bölümü yayımlanan və rejissoru Osman Sınav olan serialın baş rol ifaçıları Tuna Astepe, İrem Helvacıoğlu, Mehmet Ali Nuroğludur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.