Seriallar

Dünyada ən məşhur türk serialları - YENİ REYTİNQ

2 Oktyabr 2017 17:42
46 Şərh     Baxış: 13 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə orta statistik vətəndaş hər gün 9 saatı televizor, smartfon, planşet və ya kompüter ekranı qarşısında keçirir. Televizora baxışa sutkada 4 saat vaxt ayrılır.

Milli.Az bildirir ki, "Interpress Media Services" son hesabatında belə deyilir.

Hesabata görə, hazırda dünyanın 100 ölkəsində Türkiyədə çəkilən teleseriallara baxılır. Teleserial "ixracı" baxımından Türkiyə dünyada ABŞ-dan sonra 2-ci yeri tutur. Belə ki, Türkiyə ötən il teleserial satışlarından 350 milyon dollar əldə edib.

Paradoksal sonuclar da var. Belə ki, Latın Amerikası ölkələrində ən çox baxılan 15 teleproqram və teleşou arasında 4 türk serialı var.

Əgər ötənlərdə Braziliya və Meksika istehsalı olan teleseriallar Türkiyədə reytinq rekordları vururdusa, indi həmin ölkələrdə türk serialları reytinq rekordçularıdır

Hesabata görə, Yaxın Şərq ölkələrində əsasən çağdaş və zəngin həyatdan bəhs edən seriallara baxırlarsa, Latın Amerikasındakı tamaşaçılar tarixi dramlara üstünlük verirlər.

Avropa ölkələrində Türkiyədə çəkilmiş tematik serialları sevirlər.

Hazırda dünyada ən populyar türk serialı "Muhteşem Yüzyıl"dır. Sonrakı yerləri "Fatmagül'ün Suçu Ne", "Binbir Gece", "Aşk-ı Memnu", "Sıla", "Öyle Bir Geçer Zaman Ki", "Gümüş", "Adını Feriha Koydum", "Aşk ve Ceza" teleserialları gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.