Seriallar

“Həyat yoldaşımdı, oğlumun anasıdır...” - Ərgənç əsəbiləşdi - FOTO

23 Sentyabr 2017 20:48
1 Şərh     Baxış: 5 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2009-cu ildə aktrisa Bərgüzar Korellə nikaha girən Xalid Ərgənc evlilikləri ilə bağlı tənqidlərə cavab verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, aktyor İnstaqramda Bərgüzar Korellə fotosunu paylaşıb və fikirlərini yazıb: "İllər əvvəl sevgi münasibətimiz başlayanda hər kəs ağzının suyunu axıdaraq üstümüzə düşən vaxtlarda nələr çəkdiyimizi bir müsahibəmdə danışmışam.

Adam olan kəs sözü bir dəfə deməklə anlayar. Amma bu qədər illər sonra hələ də bəzi yerlərdə xüsusən Bərgüzar haqqında bəzi çirkin fikirlər səslənirsə, demək, mən vəziyyətimizi yaxşı izah edə bilməmişəm".

Aktyor bildirib ki, ilk ailə münasibətinin bitməsinin Bərgüzar Korellə heç bir əlaqəsi yoxdur: "Xanımlar və bəylər, yenə deyirəm - ilk ailə həyatıma son qoymağımın Bərgüzarla zərrə qədər də əlaqəsi yoxdur. Rəsmən və qarşılıqlı anlaşma ilə bitən evlilikdən bir müddət sonra belə çətinliklər olacağını bilə-bilə, sevgi ilə başlayan bir münasibətdir bizimki.

"Mış, miş" və "eşitdik ki" kimi ifadələrlə yayılmış dedi-qodulara inanmaq doğru deyil. Dedi-qodusunu etdiyiniz qarşı tərəfə - onların hazırda ailələri və övladları var - bir az hörmət göstərin, lütfən".

Xalid Ərgənc qeyd edib ki, Bərgüzar Korel onun 8 illik həyat yoldaşıdır: "Oğlum Əlinin anasıdır, hər zaman sevdiyim və ən qiymətlimdir. Haqqımızda yazılanları qınayıram".

Qeyd edək ki, Bərgüzar Korel-Xalid Ərgənc cütlüynün sevgisi "Min bir gecə" serialı ilə başlayıb, daha sonra onlar ailə qurublar.

Mediada Xalid Ərgəncin əvvəlki arvadından boşanmasına Bərgüzar Korelin səbəb olduğu iddiası gündəmə gəlib

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.