Seriallar

"Diriliş Ertuğrul" serialının aktyorları Bakıda - VİDEO - FOTO

19 Sentyabr 2017 16:38
1 Şərh     Baxış: 5 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Döyüş ruhunda lentə alınan "Diriliş Ertuğrul" serialı qısa müddət ərzində təkcə Türkiyədə deyil, həmçinin Azərbaycanda da sevilir və böyük maraqla izlənilir.

Filmdə Aliyar bəy obrazı ilə milyonlarla tamaşaçının sevgisini qazanan Cem Uçan paytaxt Bakının qonağı olub.

Milli.Az bildirir ki, ilk dəfədir ölkəmizə gələn aktyor ARB 24-ə ekskluziv müsahibə verərək Azərbaycan tamaşaçılarına yaratdığı obrazdan bəhs edib.

Dəfələrlə dünya və Avropada ən reytinqli serialı seçilən "Diriliş Ertuğrul" "Altın Kələbək" mükafatına layiq görülüb. Filmin rejissorlarından biri olan eyni zamanda mənfi obrazı - Batuxanı canlandıran Osman Albayrak isə deyir ki, yeni sezonda tamaşaçıları daha həyəcanlı və maraqlı bölümlər gözləyir.

Türkiyəli aktyorlar səfər çərçivəsində ölkəmizin mədəniyyəti, tarixi məkanları ilə tanış olublar. Türkiyənin sevilən aktyorları ölkəmizə Azərbaycan-Türkiyə evinin dəvətiylə gəliblər. "Diriliş Ertuğrul" serialı Türkiyə ilə birlikdə 30-dan çox ölkədə yayımlanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.