Seriallar

Kibariyenin serial üçün istədiyi pul rejissoru təəccübləndirdi - FOTO

19 Sentyabr 2017 10:43
0 Şərh     Baxış: 2 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Sinan Çetin yenidən çəkməyə hazırlaşdığı "Perihan Abla" serialında baş rolda çəkilmək üçün müğənni Kibariyeyə təklif irəli sürüb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, rejissor müğənninin gözləmədiyi qonorar istəyi ilə qarşılaşıb. Kibariye aktrisa Perran Kutmanın canlandırdığı rol üçün "Mən evli, uşaqlı qadınam. Demək olar ki, hər həftə sonu xaricdə, ölkədə səhnələrim olacaq. Seriyabaşı 100 min lirə (təxminən 50 min manat) versəniz, qəbul edərəm" deyib. 

Qeyd edək ki, Perran Kutmanla Şevket Altuğ 1986-1988-ci illərdə "Perihan abla" serialında baş rolu paylaşıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.