Seriallar

Kənan ayda 1 milyon qazanacaq

17 Sentyabr 2017 20:24
1 Şərh     Baxış: 2 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kanal D"də yayımlanacaq "Fatih" serialının baş rolunda oynayacaq Kənan İmirzalıoğlunun alacağı maaş bəlli olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor hər seriya üçün 350 min (təxminən 175 min AZN), aya 1 milyon 400 min lirə (təxminən 700 min AZN) pul qazanacaq.

Qeyd edək ki, böyük büdcəli serialda Fatih Sultan Mehmeti canlandıracaq aktyor imicində dəyişiklik də edib. O, yeni obrazı üçün kökəlib və saqqal saxlayıb.

Kənanın həyat yoldaşı Sinem Kobal isə "Show TV" efirə gedəcək "Gecenin ötesi" serialında rol alacaq. Aktyorla ailə qurmamışdan öncə hər həftəsi üçün 30 min lirə (təxminən 15 min AZN) qazanan aktrisanın maaşı bu dəfə 40 min lirə (təxminən 20 min AZN) olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.