Seriallar

Ssenaristdən FETÖ ittihamına sərt - Cavab

5 Avqust 2017 23:49
0 Şərh     Baxış: 4 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arxa kadrda efirə gedən Fətullah Gülən Terror Şəbəkəsinə (FETÖ) aid kitaba görə başı bəlaya girən "Uşaqlar eşitməsin" ("Çocuklar Duymasın") serialının ssenaristi Birol Güvən hər şeyin təsadüfən olduğunu deyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, B.Güvən ona qarşı ittihamlara kəskin reaksiya verib: "Bizə axmaq, yaramaz deyin, amma FETÖ-çu deməyin".

O, əlavə edib ki, serialı bəyənməmək, tənqid edmək, izləməmək olar, amma onların vətənpərvərliyinə şübhə etməyə heç kəsin ixtiyarı yoxdur.

Qeyd edək ki, bir neçə ildən sonra təkrar ekranlara dönən "Çocuklar Duymasın" serialının son bölümlərindən birində arxa kadrdakı rəfdə Fətullah Gülənin xarici ölkələrdə açdığı məktəblərdən bəhs edən kitab görünmüşdü. Böyük etirazlara səbəb olan səhnə barədə Birol Güvən üzr istəsə də etirazlar səngiməyib.

Sözügedən səhnə haqqında İstanbul Prokurorluğu cinayət işi açıb. Həmçinin, Türkiyə Televiziya və Radio Ali Şurası serialı yayımlayan "Kanal D"yə pul cəzası kəsib. Bundan sonra, serialın ssenaristi Birol Güvən təkrar açıqlama yaymaq məcburiyyətində qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.