Seriallar

"Kalp atışı"na etiraz: "Ssenarini dəyişsinlər"

31 İyul 2017 23:27
3 Şərh     Baxış: 3 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Show TV"də yayımlanan "Kalp atışı serialına həkimlər tərəfindən etiraz edilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, İzmirin səhiyyə şöbəsinin rəisinin vəkili Mehmet Alper serialda "həkimlərin xəstəxanada dodaq boyası çəkərkən və dedi-qodu edərkən göstərildiyini" bildirərək buna sərt reaksiya verib. Müqəddəs peşə olan həkimliyin belə təqdim edilməsini düzgün saymayan Alper RTÜK-ə müraciət edəcəklərini deyib: 

"Serialdakı tibb işçiləri arasındakı dialoqlar tamamilə reallıqdan uzaqdır. Serialın prodüserlərini və aktyorlarını real həyata uyğun, tibb işçilərini incitmədən hazırlanmış ssenari ilə tamaşaçılar qarşısına çıxmağa dəvət edirik. Serialda həkimləri səhv xarakterizə edən, kədərləndirən və normal həyatdakından fərqli göstərən səhnələrin təkrarlanmaması üçün Radio və Televiziya Üst Qurumuna (RTÜK) müraciət edəcəyik". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.