Seriallar

Kıvanç Tatlıtuğun yeni serialı bəlli oldu

21 İyul 2017 18:30
2 Şərh     Baxış: 3 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Kıvanç Tatlıtuğun "Cesur ve Güzel" serialından sonrakı rolu bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, 90-cı illərin məşhur filmi, Tom Kruz və Bred Pitibn baş rollarda çəkildiyi "Vampirlə müsahibə"nin serial versiyasında rol alacaq.

Kıvanç T.Kruzun canlandırdığı "Lestat" rolu üçün nəzərdə tutulub. Filmin təsirləndiyi kitabın müllifi Anne Rays "Facebook"da açdığı "The Vampire Chronicles" adlı səhifədə yeni serialdan və Kıvançdan bəhs edir.

O, serialın əsas sütunu olacaq "Lestat"a Kıvançı daha uyğun gördüyün yazıb və oxuculardan bu barədə fikirlərini öyrənib:

"Kıvançın türk ləhcəsi qulağıma fransızca kimi gəlir. Mənim üçün Lestatın hərəkətləri və səsi önəmlidir. Onu canlandıracaq aktyorun müğənni olması lazım deyil, amma Kıvanç mahnı da oxuya bilir... Kıvançın IMDB-də böyek heyran kütləsi var. Amma indiyə qədər yalnız türk layihələrində yer alıb."

Qeyd edək ki, Kıvançla layihə dəqiqləşən kimi aktyor ABŞ-a gedəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.