Seriallar

Bir vaxtların sevilən serialı yenidən çəkilir - FOTO

20 İyul 2017 20:26
0 Şərh     Baxış: 3 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1990-cı illərin ən çox izlənilən "Çılgın Bediş" adlı serialı yenidən çəkiləcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, artıq ekran işinin hazırlıqlarına da başlanılıb.

Serialda kimlərin rol alacağı və hansı kanalda göstəriləcəyi bəlli deyil. Lakin məlumata əsasən, "Bediş" obrazı üçün müğənni Aleyna Tilkinə təklif olunub. Aleyna isə konsertləri və imtahanlarına görə təklifi rədd edib.

Qeyd edək ki, serial universitetdə oxuyan qız və onun rəfiqələrinin macəralarından bəhs edir. 65 bölümdən ibarət olan "Çılğın Bediş"də Cenk Torun, Sinan Bengier, Selma Sonat, Aytən Uncuoğlu və Dolunay Soysert kimi aktyorlar yer alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.