Seriallar

Beren Saatın yeni serialı bəlli oldu

17 Mart 2017 21:57
1 Şərh     Baxış: 3 890

Aktrisa Beren Saatın yeni rolu açıqlanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Medyapım"ın hazırladığı "Qadın" serialında baş rolda çəkiləcək. 

B.Saat serialda həyat yoldaşını itirmiş, 2 uşağı ilə tək qalan bir qadını canlandıracaq. 

Serialın ssenarisi yapon istehsalı olan və Yuji Sakamoto tərəfindən yazılan "Woman"dan götürülüb. "Medyapım" bundan əvvəl Y.Sakamotonun yazdığı "Mother" serialının da yerli "Anne" adlı versiyasını çəkib.

Beren bundan başqa bu il İlker Kaleli ilə bir filmdə də oynayacaq. 

Xatırladaq ki, aktrisa ən son "Möhtəşəm yüz il: Kösəm" serialı ilə tamaşaçı qarşısına çıxıb.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Elya · 18 Mart 06:4520

    Beren Saatin bir cekildiyi kinosu var,coxdan vermişdiler baxa bilmemişdim,1 serialidi.."Menim dunyam'coox insani qeherlendiren,sözun esl menasinda şedevr kinodu.Baxmayanlara meslehet görurem,uduzmazsiz...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.