Kanal D-də başayacaq "Evlat kokusu" serialının yeni treyleri yayılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "Endemol Shine Türkiyə"nin çəkdiyi, rejissorluğunu Erol Özlevinin etdiyi ekran işinin baş rollarında Hande Soral, Barış Kılıç, Sedef Avcı, Murat Han və Yeşim Salkım çəkilirlər.
Çəkilişləri Amsterdamda başlayan və İstanbulda davam edən serialın ssenarisi belədir:
"Zeyno Amsterdamda, uşaq evində böyüyüb. Eyni yerdə tək türk olan və "böyük bacı" dediyi Nesrindən başqa heç kimi yoxdur. Zeyno bir xəstəxanada uşaq həkimi olaraq işləyir. Həyatında bir dəfə aşiq olub və həmin adamdan hamilə qalıb. Sevdiyi adamla xoşbəxt ailə quracağını düşünən Zeynonun həyatı gözlənilmədən dəyişir, uşağından uzaqlaşır".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin: