Seriallar

“Marvel” Rusiyaya görə “Gizli istila” serialını yenidən çəkəcək - FOTO

29 İyun 2022 19:30
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Marvel" studiyası "Gizli istila" ("Secret Invasion") serialını yenidən çəkməyə hazırlaşır.

Bu barədə "Patreon" platformasında insayder Daniel Rixtman məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, təkrar çəkilişlərin iyulun ortalarında başlayacağı və dörd ay yarım davam edəcəyi gözlənilir.

Uzun sürən təkrar çəkilişlər Rusiyanın Ukrayna ərazisində davam edən müharibə əməliyyatı ilə birbaşa bağlıdır və ssenaridə Rusiya lokasiyalarının başqaları ilə əvəzlənəcəyi ehtimal olunur.

"Gizli istila" serialının premyerası 2023-cü ildə "Disney+"da olacaq.

Serialda baş rolları Semyuel L.Cekson, Talos Ben Mendelson, Emiliya Klark və Kinqsli Ben-Adir canlandırıblar.

Yanvarın əvvəlində İngiltərənin Lids və Halifaks şəhərlərində "Gizli istila" filminin çəkilişlərinə başlanılıb. Şəhərdə Moskva küçələrini xatırladan dekorasiyalar - meydançada böyük, şişirdilmiş kuklalar, Milli Birlik Günü üçün plakatlar, rusdilli vitrinlər (xüsusən də "Dəli qalereyası" yazısı ilə) və Moskva nömrəli avtomobillər quraşdırılırdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.