Rusiya

Rusiya ilə bağlı bədbin proqnoz

10 May 2021 17:49
Baxış: 2 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvanın davranışları Rusiyanı iflasa sürükləyəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın "Exo Moskvı" radiostansiyasının rəhbəri Aleksey Venediktov deyib.

Onun sözlərinə görə, Rusiya hakimiyyəti tarixin öyrənilməsi məsələlərinə müdaxilə edəcəyi, hamıya məlum faktları gizlədəcəyi və təhrif edəcəyi təqdirdə ölkənin parçalanması qaçılmaz olacaq:

"Sovet İttifaqının belə sürətli dağılmasının səbəblərindən biri, mənim fikrimcə, tarixin məktəbdə və sonrakı ictimai həyatda tədris edilməsidir. Bunu deyərkən marksizm-leninizm və faktların təhrif olunmasına əsaslanan tarix kitablarını nəzərdə tuturam. Sovet vətəndaşları 1991-ci ildə SSRİ-nin iflasına tamamilə biganə şəkildə izlədilər və onun müdafiəsinə qalxmadılar, çünki sovet dövləti yalan və saxtakarlığa əsaslanırdı. Rusiyanın taleyi də buna bənzərdir".

Milli.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.