Rusiya

Rusiyada iş günlərinin sayı azaldıla bilər

11 İyun 2019 20:14
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada gələcəkdə sosial-əmək müqaviləsinin əsasını dörd günlük iş həftəsi təşkil edə bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Dmitri Medvedev bildirib.

"Texnoloji proses təkcə iş yerlərinin yox, həm də iş vaxtının ixtisarına gətirib çıxarır. Asudə vaxt çoxalır. Yəqin ki, gələcəkdə dörd günlük iş həftəsi sosial-əmək müqaviləsinin əsasını təşkil edəcək", - deyə o, Beynəlxalq Əmək Konfransında etdiyi çıxışda bildirib.

Medvedevin sözlərinə görə, karyera uğurunun təqibi rusiyalılara xroniki yorğunluq və daima stress vəziyyətində olma riski yaradır. Bu isə öz növbəsində əmək məhsuldarlığına və ölkənin iqtisadi göstəricilərinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Medvedev iki həftə əvvəl Ümumdünya Səhiyyə Assambleyasında streslə əlaqədar emosional partlayış sindromunun rəsmi olaraq xəstəliklər siyahısına daxil edildiyini xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.