Rusiya

Putin Rusiyanın əsas silahını açıqladı

17 May 2019 21:00
0 Şərh     Baxış: 1 647

Lazer silahı bütövlükdə XXI əsr ərzində Rusiya ordusunun hərbi potensialını müəyyənləşdirəcək.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə keçirdiyi iclasda bildirib.

Putin iclasda "Peresvet" lazer kompleksi və "Kinjal" hipersəs aviasiya raket kompleksinin praktiki sınaqlarının keçirilməsi perspektivlərini nəzərdən keçirməyi təklif edib.

Xatırladaq ki, "Peresvet" və "Kinjal"ı, həmçinin, "Poseydon" sualtı aparatı, nüvə mühərriki olan "Burevestnik" qanadlı raketini Putin 2018-ci ilin mart ayında təqdim etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.