Rusiya

40 yaşlı Volqoqrad sakini niyə Azərbaycan vətəndaşına "ərə getdi"? - QƏRİBƏ SƏBƏB

17 May 2019 20:14
4 Şərh     Baxış: 4 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Volqoqrad vilayətinin Voljsk şəhərinin 40 yaşlı sakini ilə azərbaycanlı gənc arasında bağlanan nikah polis əməkdaşlarını şübhəyə salıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, ötən ilin noyabrında Rusiyada müvəqqəti yaşayış üçün icazə almaq istəyən azərbaycanlı miqrasiya məsələləri üzrə idarəyə müraciət edib. Buna əsas olaraq nikah şəhadətnaməsini sözügedən quruma təqdim edib.

Lakin polis yoxlamaları zamanı rusiyalı qadınla azərbaycanlı gəncin nikahındakı saxtakarlıq üzə çıxıb. Məlum olub ki, yeni evlənən "cütlüyün" birgə əmlakı yoxdur, bir yerdə yaşamırlar, bir-birləri ilə əlaqə saxlamırlar. Qohumlarının isə bu evlilikdən, ümumiyyəylə, xəbərləri olmayıb.

Sonda qadın özü etiraf edib ki, məqsədi Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıya köməklik göstərmək olub. Bunun müqabilində isə "əri"ndən onun avtomobilini təmir etməsini xahiş edib. Lakin "həyat yoldaşı" verdiyi sözü tutmayıb.

Nəhayət, Voljsk rayon məhkəməsi tərəfindən nikah ləğv edilib. Azərbaycanlı gənc hazırda Rusiyanı tərk etmək məcburiyyətində qalıb.

Qadına gəlincə, onun barəsində Rusiya Cinayət Məcəlləsinin qanunsuz miqrasiyanın təşkili maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə ilə onu 5 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.