Rusiya

“Donuz qripi” Rusiyaya çatdı: ilk qurban var

10 Yanvar 2019 14:59
0 Şərh     Baxış: 1 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Donuz qripi" ilk dəfə dünya əhalisini 2009-cu ildə qorxudub. O zaman Meksikada və daha sonra Şimali Amerikada pandemiya - bütün ölkəni bürüyən epidemiya elan olunub. Xəstəlik Rusiya vətəndaşlarından da yan keçməyib. O zamanlar, rəsmi məlumatlara görə, 19 nəfər virusdan dünyasını dəyişib. Sonradan "donuz qripi" geriyə çəkilib, lakin qeybə çəkilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Peterburqda bu mövsüm А/H1N1 virusundan ilk ölüm halı qeydə alınıb.  

"Bəli, bizim belə bir məlumatımız var. Xəstə Botkin yoluxucu xəstəliklər xəstəxanasında dünyasını dəyişib", - Sankt-Peterburq şəhərinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bəzi məlumatlara görə, kişinin vəfat etməsini səbəbi şəkər xəstəliyinin ağırlaşması olub, belə ki, bu zaman qrip daha ağır keçir.

Buna baxmayaraq, Peterburqda epidemiya elan etməyə ehtiyac duyulmur. 2019-cu ilin yanvar ayına olan məlumata görə, müayinə olunan 60 xəstədən 24-də А/H1N1 virusunun olduğu təsdiq olunub, beş nəfərdə isə А/H1N3 virusu aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.