Rusiya

Putin müsəlmanları təbrik etdi

21 Avqust 2018 15:30
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin rusiyalı müsəlmanları Qurban bayramı münasibəti ilə təbrik edib. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Kremlin mətbuat xidməti məlumat yayıb. 

Təbrik məktubunda deyilir:

"İslamın əsl dəyərləri Rusiya müsəlman icmasının mənəvi həyatının əsasını təşkil edir, insanları birləşdirməyə, yaxşı qonşuluq ənənələrinə riayət etməyə yardım edir".

Putin Qurban bayramının xeyirxahlığa, ədalətə, mərhəmətə, ətrafdakılara qarşı diqqətli və ürəkli olmağa çağırdığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.