Rusiya

Jirinovski: "Artıq sərhədlərimizi açmağın vaxtı çatıb" - Bir torpaq, bir xalq olmalıyıq

16 Avqust 2018 14:44
3 Şərh     Baxış: 6 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ruslar, ukraynalılar və belarusları sadə ideologiya birləşdirməlidir - bir torpaq, bir xalq, bir ölkə. Artıq sərhədlərimizi açmağın vaxtı çatıb. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir bəyanatla Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski çıxış edib.

Jirinovski hesab edir ki, "yerlilər" "bizə ideal uyğun gələn üst millət tərifidir".

O güman edir ki, "yerlilər" anlayışına keçmiş SSRİ-nin bütün xalqlarını aid etmək olar. Bu, mövcud millətlərarası münaqişələri və keçmiş sovet ölkələrinin bir-birinə olan ərazi iddialarını həll etməkdə yardımçı olacaq.

"Krım da, Qarabağ da, Abxaziya da, Dnestryanı da bizimdir, ümumidir. İstənilən vətəndaş sərbəst şəkildə Tartuya, oradan Riqaya, Kiyevə, Smolenskə, Minskə, Moskvaya, Sevastopola, Bakıya, Tbilisiyə, Yerevana, Daşkəndə gedə bilər və heç bir sərhəd keçmədən, çünki hər yerdə yerlilərdir", - deyə siyasətçi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl SSRİ-nin dağılmasından danışan Vladimir Jirinovski bəyan etmişdi ki, bu, "beynəlxalq, dövlət cinayəti idi". LDRP lideri SSRİ-nin dağılmasından heç kimin qazanmadığını düşünür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.