Rusiya

Rusiyada tramvaylar toqquşdu - Yaralılar var

17 İyul 2018 19:34
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yekaterinburq şəhərində iki tramvay toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəza ilə bağlı xəbəri Yekaterinburq Tramvay-Trolleybus İdarəsi təsdiq edib.

Məlumata görə, qəza nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin konduktor, digərinin isə sərnişin olduğu bildirilir.

Qəzadan sonra hərəkət zolağında tıxac yaranıb. Hər iki tramvayın ciddi zədələndiyi bildirilir.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil. Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.