Rusiya

Rusiya ultramüasir silahını İrəvana verir

20 May 2018 17:48
7 Şərh     Baxış: 4 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya yaxın vaxtlarda Ermənistan Silahlı Qüvvələrinə "Tor" zenit raket komplekslərini təhvil verəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Birinci kanalı Müdafiə Nazirliyində olan mənbəyə istinadla xəbər yayıb.

"Bir neçə aydan sonra "Tor" zenit raket kompleksləri hava hücumundan müdafiə vasitələri arasında xüsusi yer tutacaq", - telekanaldan bildirilib.

"Tor" sistemi avtomatik rejimdə, hətta şəxsi heyətin iştirakı olmadan belə istənilən spektr üzrə hücumdan, o cümlədən yüksəkdəqiqlikli raketlərdən müdafiə olunmağa imkan verən ultramüasir zenit raket kompleksidir", -sistemin hərbi imkanlarını qiymətləndirən Ermənistanın Hava Hücumundan Müdafiə qoşunlarının rəis müavini Artur Poqosyan deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.