Rusiya

Rusiyada terror aktının qarşısı alınıb

11 Mart 2018 16:08
0 Şərh     Baxış: 639

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTB) terror qruplaşmasının Saratov vilayətində planlaşdırdığı terror aktının qarşısını alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə xidmət məlumat yayıb.

Bildirilir ki, bununla bağlı əməliyyat bu gün keçirilib. Terrorçular onların avtomobilinin təqib edən xidmətin əməkdaşlarına silahlı müqavimət göstəriblər. Atışma zamanı cinayətkarlar yaralanıb. Onların xəsarətinin ağır olduğu bildirilir.

Hadisə yerinə baxış keçirilərkən terrorçuların istifadə etdiyi tapançalar, əldəqayırma qumbaralar aşkarlanıb. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.