Rusiya

Sankt Peterburqda terror aktının qarşısı alındı

22 Fevral 2018 20:56
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış.  

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.