Rusiya

Rusiyada 200-dən çox məktəb bağlandı - Qrip virusu

13 Fevral 2018 20:20
0 Şərh     Baxış: 1 196
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, məktəblərdə fevralın 14-dən dərslər dayandırılacaq.

Ümumilikdə şəhər ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı deyilir.

Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi planlaşdırılır.

Qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.