Rusiya

Azərbaycanlı biznesmen bütün Rusiyada yarmarkalar keçirəcək - FOTO

6 Aprel 2017 14:53
0 Şərh     Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Russkiye Yarmarki" bütün Rusiyanı əhatə edəcək.

Milli.Az xəbər verir ki, "Russkiye Yarmarki" - Rusiyanın bütün ərazisində ticarət meydançaları təşkil etməklə məşğul olan şirkətdir. Məqsəd müasir Rusiyanın ərazisində yarmarka ticarətinin ənənəvi təzahürlərini yenidən dirçəltmək və inkişaf etdirməkdir.

Şirkətin təsisçisi "ZAR" şirkətlər qrupudur. Onun aktivlərinə ofis və ticarət mərkəzləri daxildir. "ZAR"ın sahibi isə Rusiyanın tanınmış iş adamı, əslən azərbaycanlı olan Akif Gilalovdur.

O, bir sıra dövlət şirkətlərində səhmdar olmaqla yanaşı, İsveçrədəki "West-East Alliance" şirkətinin də sahibidir. "West-East Alliance" şirkətinin aktivlərinə ən iri volfram yatağı (Uralvolfram), həmçinin qızıl, qurğuşun və sink çıxarmaqla məşğul olan "СибЦветМетЗолото" dağ-mədən şirkəti daxildir.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.