Din

Tanınmış aparıcı 17-ci mərtəbədən yıxılıb öldü - FOTO

19 İyul 2019 07:55
5 Şərh     Baxış: 9 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın tanınmış aparıcısı Yevgeni Şerbakov faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 29 yaşlı aparıcı Odessa şəhərində yaşadığı binanın 17-ci mərtəbəsindən yıxılaraq vəfat edib.

Y. Şerbakovun ölümü onun yaxınları, eləcə də tanışları üçün gözlənilməz olub. Aparıcının İnstaqram izləyiciləri şərhlərdə aldıqları xəbərdən şok keçirdiklərini bildiriblər.

Qeyd edək ki, Y. Şerbakov "İmprovizasiya veduşix" ("Aparıcıların improvizəsi"), "Dom-2" ("İkinci ev") kimi məşhur layihələrin iştirakçısı olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.