Din

Ramazanda hansı ölkədə orucu neçə saat tuturlar

22 May 2019 19:04
0 Şərh     Baxış: 2 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müqəddəs Ramazan ayında dünyanın ayrı-ayrı ölkələrində orucu sutkanın müxtəlif saatlarında və müxtəlif zaman fərqi ilə tuturlar.

Ramazan ayında oruc tutmaq İslam dininə görə, müsəlmana vacib buyurulmuş beş əməldən biridir. Bu ilki orucluq ayının yarısı artıq arxada qalıb. Lakin orucun davametmə müddəti, imsaqla iftar arasındakı vaxt hər bir ölkənin yerləşdiyi saat qurşağından asılı olaraq fərqlidir. Ən uzun müddət orucu İslandiyada yaşayan inanclı insanlar saxlayır. Onlarda bu müddət 22 saatadək davam edir. Avstraliya müsəlmanları üçünsə oruc tutmaq üçün 10 saata yaxın vaxt kifayət edir.

Milli.Az bildirir ki, hansı ölkədə oruc vaxtının nə qədər davam etdiyi barədə Sputnik Azərbaycan-ın infoqrafikasından ətraflı öyrənə bilərsiz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.