Din

Qətərli sosioloq "dərs keçdi": Kişi arvadını belə döyməlidir - VİDEO

18 Aprel 2019 17:44
4 Şərh     Baxış: 2 256

Müsəlman kişisinin həyat yoldaşını necə cəzalandırması ilə bağlı maraqlı video yayılıb.

Milli,Az "qaynarinfo"ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Verilən məlumata görə, Qətərin tanınmış sosioloqu Abd əl-Əziz əl-Xazrac bu barədə müsəlman kişilərə video dərs keçib.

Yayılan videoda sosioloq qadınla davranış və onun cəzalandırılması üsullarını öyrədir.

"İlk növbədə biz anlamalıyıq ki, ailənin başçısı kişidir. Onun ailədə böyük səlahiyyətləri var. O, ailəni idarə etmək üçün bütün vasitələrdən istifadə edə bilər", - deyə Abd əl-Əziz əl-Xazrac bildirib.
Sosioloq deyir ki, qadını döyən zaman ona az xəsarət yetirmək lazımdır. Qadını elə vurmaq lazımdır ki, o, kişinin gücünü hiss etsin, lakin ağır xəsarət almasın.

"Peyğəmbər qadının üzünə vurmağı qadağan edib. O, kişinin qadının üzünə sillə vurmağın xoş olmadığını bildirib. Qadının başına, burnuna zərbə vurmaq olmaz", - deyə mütəxəssis bildirib.
Sosioloq videoda oğlan uşağının üstündə qadının cəzalandırılması üsulunu göstərir. O, uşağa qışqırır: "Mən sənə dedim ki, evdən çölə çıxma! Neçə dəfə sənə demək olar?".

Sosioloq həmçinin bildirib ki, kişi qadını bir halda möhkəm döyə bilər: "Əgər qadın kişinin hörmətini aşağı salırsa, o zaman onu döymək olar".
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qətərli sosioloq

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    17:56 · 18 Aprel 17:54113

    Bele axmaq fikirler yalniz axmaq insanlardan çixir !

    Cavab yaz
  • Anonim
    Çayxor · 18 Aprel 18:33103

    Peyğemberin adından danışmayın,O ,qadını vurmağı qadağan edib.kişi gücün kişiyle sınasın.qadını döymek kişilikden deyil.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 Aprel 19:1442

    Status-Qadina elqalxar yalniz saclarin siqallamk ücün.Bir defe bir axund yazmisdi qadini doymek olar quş, toyuq leleyi ile O qederrrr güldümmm O beyem döymekdi? Hirslenen kisi qolu zorba əllərin qoyub, qus leleyi ile hec döyer ???Onda ele kef eder ki, qadinlar essi toyuq leleyi milcek viziltisi kimi hiss olunacak daaa)))

    Cavab yaz
  • Anonim
    Detektiv · 18 Aprel 20:1043

    Bele insanlar islam dinini hormetden salir. Kisinin qadini doymesi ne din baximindan, ne insanliq baximindan ne de qanun baximindan yolverilmezdir!!! Kisi oz gucunu qadina gostere bilmez. Dinimiz de peygemberimiz de qadina gosterilen siddetin eleyhinedir. Bele axmaq fikirler hec bir sertle qebul oluna bilmez!!!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.