Din

ABŞ kosmosda bir "ilk" etdi - VİDEO - FOTO

4 Mart 2019 09:56
0 Şərh     Baxış: 2 884

Martın 2-də "Falcon 9" daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılmış "Crew Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) uğurla birləşib.

"Crew Dragon" gəmisi amerikalı milyarder İlon Maskın "SpaceX" korporasiyasının məhsuludur.

Milli.Az ABC-yə istinadən bildirir ki, kosmosun tədqiqatında yeni addım olan bu olay ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) saytında translyasiya olunub.

"Crew Dragon" bir neçə saat manevr edəndən sonra BKS-ə birləşib. Gəmidə astronavt əvəzinə kapsulun daxilində baş verənləri qeydə alan cihazlarla təchiz olunmuş, skafandr geydirilmiş maneken vardı.

Bu maneken "Alien" filminin qəhrəmanı olan Ellen Riplinin şərəfinə "Ripli" adlandırılıb. Kapsulda BKS-dəki astronavtlar üçün 180 kq yük və avadanlıq da vardı.

"SpaceX" korporasiyasının NASA-nın sifarişi ilə "Commercial Crew Development" proqramı çərçivəsində hazırladığı "Crew Dragon" 2011-ci ildə "Space Shuttle" proqramı başa çatandan sonra ABŞ-ın reallaşdırdığı ilk pilotlu kosmik gəmidir.

"Crew Dragon", habelə "Boeing" korporasiyasının ərsəyə gətirməkdə olduğu və apreldə ilk uçuşunu gerçəkləşdirəcək "CTS-100 Starliner" gəmisi son 8 ildə BKS-ə astronavtları daşıyan, Rusiyaya məxsus "Soyuz"ların inhisarına son qoyacaq.

ABŞ-ın yeni kosmik gəmiləri "Soyuz"da olduğu kimi 3 yox, 7 astronavt üçün hesablanıb.

"Crew Dragon" martın 8-də Yerə qayıtmalı, Florida yaxınlığında Atlantik okeanına paraşütlər vasitəsilə enməlidir.

"Crew Dragon" vasitəsilə iyul ayında BKS-ə iki astronavtın uçuşu nəzərdə tutulub. "CTS-100 Starliner"in analoji buraxılışı avqustda baş tuta bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ kosmosda bir

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.